
Türkiyədə Adana Böyükşəhər Bələdiyyəsinin sədri Zeydan Karalar, Büyükçekmece bələdiyyə sədrinin müavini Əhməd Şahin və sürücüsü Sonkan Turan həbs edilib, Adıyaman bələdiyyə sədri Abdurrahman Tutdere haqqında isə ev həbsi qərarı çıxarılıb.
Yeniavaz.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə məhkəmə qərar qəbul edib.
Məlumata görə, həbs olunanlar “cinayət törətmək məqsədi ilə qurulan təşkilata üzv olma” və “rüşvət alma” ittihamı ilə tutulublar.