
İranın İsrailə zərbələri nəticəsində bəzi hərbi obyektlərə ziyan görüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi hərbi brifinqlərin qaydalarına uyğun olaraq adının açıqlanmasını istəməyən İsrail hərbi rəsmisinə istinadən məlumat yayıb.
Qeyd edək ki, İDF daha əvvəl hərbi obyektlərin vurulduğunu təkzib etmişdi.
Eyni zamanda agentliyin həmsöhbəti çox az sayda yerin zədələndiyini və bütün obyektlərin fəaliyyətini davam etdirdiyini vurğulayıb. O, dəymiş ziyanla bağlı ətraflı məlumat verməkdən imtina edib.
Şənbə günü, iyulun 5-də “The Telegraph” peyk görüntülərinə istinadən yazıb ki, İranın zərbələri nəticəsində İsrailin beş hərbi obyekti zədələnib.
Xatırladaq ki, İran İsrailin iyunun 12-də başlayan hava hücumlarına cavab olaraq İsrailə raket zərbələri endirib.İranın hücumlarının əsas hədəfi İsrailin şimalındakı Hayfa və Təl-Əviv şəhərləri, həmçinin çoxlu sayda hərbi obyektin yerləşdiyi Beerşeba ətrafı olub. İran raketlərinin əksəriyyəti ələ keçirilib. İyunun 24-də İsraillə İran arasında atəşkəs elan edilib.Rəsmi məlumatlara görə, İranda bir sıra yüksək rütbəli hərbçilər də daxil olmaqla 935 nəfər, İsraildə isə 28 nəfər həlak olub, onların hamısı mülki şəxslərdir.