
Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində artilleriya minası partlayıb.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində hərbçilər yaralanıb:
“İnsident iyulun 8-də saat 16:00 radələrində bölmələrdən birinin poliqonunda təlim zamanı baş verib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiyac yarandıqda zərərçəkənlərin vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək”.