Rusiyada Yel Universiteti “arzuolunmaz” elan edildi – Navalnı oxuyub


Rusiya Federasiyasının Baş Prokurorluğu Yel Universitetini (ABŞ) Rusiyada arzuolunmaz elan edib.
Yeniavaz.com
xəbər verir ki, agentliyin məlumatına görə, Amerika universitetinin fəaliyyəti Rusiya Federasiyasının ərazi bütövlüyünü pozmaq, dövləti beynəlxalq blokadaya almaq və onun iqtisadi əsaslarını sarsıtmaq, habelə ölkədə sosial-iqtisadi və siyasi vəziyyəti pozmaq məqsədi daşıyır.
“Yel Universitetində xarici dövlətlərin müxalifət liderlərini effektiv şəkildə hazırlayan Beynəlxalq Münasibətlər Məktəbi fəaliyyət göstərir. Proqramın rusiyalı məzunları arasında “Korrupsiyaya Qarşı Mübarizə Fondu” ekstremist təşkilatının rəhbərləri və fəalları da var ki, onlar məktəbdə əldə etdikləri bilik və texnologiyalardan Rusiya Federasiyasında etiraz fəaliyyətini gücləndirmək üçün istifadə ediblər”, - Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Prokurorluq iddia edir ki, universitet, həmçinin Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirmək üçün Qərbdə Rusiyanın aktivlərinin ələ keçirilməsinin hüquqi əsaslandırılması üzərində işləyir.
Qeyd edək ki, Yel Universiteti Amerikanın ən qədim səkkiz universitetindən ibarət “İvy Liqası” adlanan birliyin üzvüdür. Harvard və Prinstonla birlikdə Yel ABŞ-in ən nüfuzlu ali təhsil müəssisələrinin böyük üçlüyündən biridir.
 

DİGƏR XƏBƏRLƏR

Top