Ohanyan barədə qərar verildi


Ermənistanın müxalif “Ermənistan” fraksiyasının rəhbəri barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun özü İstintaq Komitəsinin binası qarşısında jurnalistlərə məlumat verib.
“Məni dindirdilər, ittihamlar irəli sürüldü. Təbii ki, ittiham epizodları ilə razı deyiləm. Amma hüququmdan istifadə edərək ifadə vermədim. Çünki səhhətimdə problemlər var. Mənə zəng edib tibb məntəqəsindən bura dəvət etdilər” - Ohanyan bildirib.
O, may-iyun aylarında insult öncəsi vəziyyətinin olduğunu, protezin bərpası ilə bağlı sualların da olduğunu deyib. O, təfərrüatları açıqlamayıb, açıqlama verməmək haqqında müqavilə imzaladığını qeyd edib. Eyni zamanda, dövlət rəsmiləri də bu işlə bağlı dəfələrlə danışıblar.
Xatırladaq ki, Ohanyan müdafiə naziri postunu tutduğu 2010-2015-ci illərdə Qeqarkunik rayonunun Draxtik icmasında 10,5 min kvadratmetr ərazini qanunsuz olaraq mənimsəməkdə ittiham olunur. Müstəntiqlərin fikrincə, bu yerdə Oqanyana aid edilən malikanə tikilib (ev ona rəsmi qeydiyyatda deyil).

DİGƏR XƏBƏRLƏR

Top