Mbappe PSJ ilə bağlı şikayətini geri götürdü — KİV


Fransa millisinin “Real Madrid” hücumçusu Kilian Mbappe keçmiş klubu PSJ ilə bağlı prokurorluğa verdiyi ifadəni geri götürüb.
Yeniavaz.com
“L'Équipe”ə istinadən xəbər verir ki, futbolçu bütün diqqətini idman həyatına yönəltmək üçün bu qərarı verib.
Xatırladaq ki, daha əvvəl “Real Madrid”in hücumçusu PSJ-yə qarşı mənəvi təzyiqlərlə bağlı şikayət etmişdi. Paris prokurorluğu bu işlə bağlı araşdırmalara başlayıb. Mətbuatda yayılan məlumatlara görə, Mbappe 2025-ci ilin mayında PSJ-yə qarşı şikayət edib. O, 2023-cü ildə klubdan “mənəvi təzyiq” və təqiblərdən şikayətlənib. Daha sonra futbolçunun ayrılmaq istəyinə görə PSJ Kilianı məşqdən və matçlardan uzaqlaşdırıb. Forvard yalnız danışıqlardan sonra heyətə qaytarılıb.
Qeyd edək ki, Mbappenin PSJ-yə qarşı 55 milyon avro ödənilməmiş maaş və bonusları geri qaytarmaq üçün etdiyi müraciət hələ də davam edir.
 

DİGƏR XƏBƏRLƏR

Top