Pezeşkian Azərbaycan əleyhinə iddiaları təkzib etdi


“Bəzi şayiələrin əksinə olaraq, İranın təhlükəsizlik qurumları tərəfindən qonşu ölkələrlə İsrail arasında hərbi əməkdaşlıq təsdiq olunmayıb”.
Yeniavaz.com
“Donya-e-eqtesad” portalına istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
Onun sözlərinə görə, hətta onlardan bəziləri zəruri yardımları göndərməyə hazır olduqlarını bəyan ediblər.
Qeyd edək ki, bir müddət əvvəl İranın bəzi KİV və şərhçiləri İsrailin İrana zərbələr endirən zaman qonşu ölkələrin, o cümlədən Azərbaycanın hava məkanından istifadə etdiyini iddia edirdilər.

DİGƏR XƏBƏRLƏR

Top