İranda İsrailin endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1000-i keçdi


İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1060 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın Şəhidlər və Qazilər Fondunun sədri Səid Ohadi İran dövlət televiziyasına müsahibəsində bildirib.
“Bu axşam saatlarına kimi İsrail rejiminin İrana hücumu nəticəsində həlak olan 1060 nəfəri dəfn etdik”, - o qeyd edib.
Qeyd edək ki, bundan əvvəl İran ərazisində gedən döyüşlərdə 935 nəfərin öldüyü bildirilirdi.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb. Bir gün keçməmiş İran cavab hücumuna start verib. ABŞ münaqişənin gərginləşməsindən 9 gün sonra İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirib. İran iyunun 23-ü axşam saatlarında Amerikanın Yaxın Şərqdəki ən böyük aviabazasına, Qətərdəki Əl-Udeyd aviabazasına hücum edib. Bundan sonra ABŞ Prezidenti Donald Tramp İsrail və İranın atəşkəsə razılaşdığını açıqlayıb. Atəşkəs iyunun 24-dən qüvvəyə minib.

DİGƏR XƏBƏRLƏR

Top