Bu il məktəbi “qırmızı attestat”la neçə şagird bitirib?


2024-2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 150 072 məzun adi, 7 130 nəfər fərqlənmə attestatına (“qırmızı attestat”) layiq görülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, tam orta təhsil səviyyəsi üzrə isə 108 388 nəfər məzun adi, 6 778 nəfər fərqlənmə attestatına layiq görülüb.

DİGƏR XƏBƏRLƏR

Top