
Bu yaxınlarda imicini yeniləyən “Jaguar” müştərilərinin 98%-ni itirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyası məlumat yayıb.
Məlumata görə, “Jaguar” aprel ayında Avropada cəmi 49 avtomobil satıb.
Bu, 2024-cü ilin eyni ayı ilə müqayisədə 97,5 faiz az olub. May ayında da vəziyyət o qədər də yaxşı olmayıb: illik müqayisədə tələb 93,6 faiz azalıb. Ümumilikdə, ilin əvvəlindən bəri “Jaguar” Avropada 2024-cü ilin eyni dövrü ilə müqayisədə 77,8 faiz az avtomobil satıb.
Satışların düşməsinə səbəb əsasən “Jaguar”ın “yaşıl” mobilliyə doğru kursunu dəyişməsi və benzin və dizellə işləyən avtomobillərin istehsalını dayandırması olub.
Hazırda avtomobil salonları demək olar ki, boşdur və “Jaquar”ın yeni “Type 00” elektrik avtomobillərinin istehsalı gecikir. “Jaguar”ın yeni elektrik avtomobili hələ 2026-cı ildə vitrinlərdə görünəcək.
