
Ukrayna Rusiya Dövlət Dumasının 12 deputatını bütün əmlakı müsadirə olunmaqla qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Azadlıqdan məhrum edilən deputatlar arasında xokkey üzrə dəfələrlə dünya çempionu Valdislav Tretyak və boks üzrə keçmiş dünya çempionu Nikolay Valuyev də var.
Qiyabi həbs olunan bütün rusiyalılara “Ukraynanın ərazi bütövlüyünə qəsd” maddəsi ilə ittiham irəli sürülüb.