
İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 100-dən çox fələstinli ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında bildirib.
Məlumata görə, İsrail ordusunun bölgəyə endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində Qəzza zolağında 105 nəfər ölüb, 356 nəfər yaralanıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 7-dən bəri İsrail təcavüzü nəticəsində ölənlərin ümumi sayı 57 min 523, yaralananların sayı 136 min 617 nəfərə çatıb.
İsrailin Qəzzada hərbi əməliyyatları bərpa etdiyi 18 mart 2025-ci ildən bu yana ölənlərin sayı 6 min 964, yaralananların sayı 24 min 576 nəfər olub.