Netanyahu Tramp üçün Nobel mükafatı istəyir


İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizədliyini irəli sürdüyünü elan edib.
Yeniavaz.com
“Associated Press” agentliyinə istinadla xəbər verir ki, o bunun üçün Nobel Komitəsinə məktub göndərdiyini bildirib.
“Mən sizə Nobel Komitəsinə göndərdiyim məktubu vermək istəyirəm. O, sizi sülh mükafatına namizəd göstərir. Siz buna layiqsiniz və onu almalısınız”, - deyə o, Ağ Evdə Amerika lideri ilə görüşündə deyib.
Netanyahu əlavə edib ki, o, Trampın dünyada və xüsusilə Yaxın Şərqdə sülh və təhlükəsizliyə nail olmaq səylərini yüksək qiymətləndirir.
Tramp İsrail Baş nazirinin ideyasından xəbərsiz olduğunu qeyd edib və Netanyahuya təşəkkür edib.

DİGƏR XƏBƏRLƏR

Top