Rusiyalı nazir Azərbaycana təşəkkür etdi


Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıda Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla danışıqlar aparıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya FHN-in mətbuat xidmətindən bildirilib.
“Aleksandr Kurenkov Kəmaləddin Heydərovla ikitərəfli görüş keçirib. Rusiya tərəfi İrana-İsrail münaqişəsi zamanı Rusiya vətəndaşlarının İrandan təxliyəsinin təşkilinə görə Azərbaycana minnətdarlığını bildirib”, – deyə nazirliyin mətbuat xidməti qeyd edib.
Qeyd olunub ki, nazirlər fövqəladə hallar üzrə qurumlararası əməkdaşlığı da müzakirə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top