ABŞ HTŞ-ni terror təşkilatları siyahısından çıxardı


ABŞ Heyət Təhrir əş-Şamı (HTŞ) xarici terror təşkilatı siyahısından çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, dövlət katibi Marko Rubionun qərarı bu gün, iyulun 8-də rəsmən qüvvəyə minib.
Rubionun sözlərinə görə, qərar HTŞ-nin ləğv edilməsinin elan edilməsi və hazırkı Suriya hökumətinin terrorizmin bütün formaları ilə mübarizə öhdəliyi fonunda qəbul edilib.
Dövlət katibi deyib ki, onun hərəkəti ABŞ Prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyaları ləğv edən 30 iyun sərəncamına əsaslanır və Əhməd əl-Şaraanın rəhbərlik etdiyi yeni Suriya hökumətinin atdığı müsbət addımların qarşılığıdır.
Qeyd edək ki, 2024-cü ildə HTŞ Suriya prezidenti Bəşər Əsəd rejiminin devrilməsində həlledici rol oynayıb.

DİGƏR XƏBƏRLƏR

Top