Bülbülə qəsəbəsində işıq olmayacaq


Bu gün Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsində elektrik enerjisi verilişində fasilə yaranacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 35/6 kV-luq yarımstansiyada həyata keçirilən təmir və təftiş işləri ilə əlaqədar iyulun 8-də elektrik xətləri sifarişə əsasən açılacaq:
“Bununla əlaqədar olaraq saat 11:00-dan saat 15:00-dək Bülbülə qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top