
“ABŞ Ukraynaya əsasən müdafiə məqsədi ilə əlavə silah göndərməyi planlaşdırır”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp iyulun 7-də Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə şam yeməyindən əvvəl jurnalistlərlə söhbəti zamanı deyib.
“Ukrayna ağır hücumlara məruz qalıb, çoxlu insan ölür, ona görə də özünü müdafiə etməlidir”, - Tramp bildirib.
Bu açıqlamadan sonra Pentaqon Ukraynaya əlavə müdafiə silahlarının göndərildiyi barədə məlumat yayıb.
Pentaqonun sözçüsü Şon Parnell iyulun 7-də yaydığı bəyanatda bildirib ki, ABŞ davamlı sülhün bərqərar olması üçün çalışır və Prezident Trampın göstərişi ilə Ukrayna xalqına özünü müdafiə etmək üçün əlavə silahlar göndərir.
ABŞ Müdafiə Nazirliyi göndərilən silah növlərinin adını açıqlamayıb.
Xatırladq ki, bir həftə əvvəl məlum olub ki, ABŞ Pentaqonun azalan ehtiyatlarının yaratdığı təhlükə və vəziyyəti qiymətləndirmək zərurətini əsas gətirərək, Ukraynaya bəzi silah növlərinin tədarükünü dayandırdığını elan edib.