
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli mansarda tipli 6 otaqlı evin sahəsi 50 m² olan mətbəxində müxtəlif məişət avadanlıqları və 5 paq.m mətbəx mebeli yanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, yüksək temperaturdan taxtadan ibarət tavan 50 m² sahədə qarsalanıb və 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib:
“Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”.