Bulvarda dənizə düşən 57 yaşlı qadın xilas edildi – Video


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
Yeniavaz.com
Nazirliyin yaydığı məlumata istinadla xəbər verir ki, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
“Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1968-ci il təvəllüdlü Eminova Nazilə Balaxan qızı dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top