100 ildən sonra Senada üzməyə icazə verildi


Fransa paytaxtında 1923-cü ildən bəri ilk dəfə Sena çayında üzməyə rəsmi icazə verilib.
Yeniavaz.com
xəbər verir ki, üç xüsusi təchiz olunmuş üzgüçülük sahəsi açılıb.
Onlarda paltardəyişmə kabinələri, duş kabinələri, şezlonglar var, xilasedicilər isə istirahət edənlərin təhlükəsizliyinə nəzarət edirlər. Üzgüçülük sahələrindən istifadə üçün heç bir ödəniş yoxdur.
“Reuters” qeyd edir ki, Sena çayının üzgüçülük üçün açılması 2024-cü il Paris Olimpiadasının əsas miraslarından biri kimi qiymətləndirilir. Oyunlar zamanı çaydakı su yarışlar üçün xüsusi olaraq təmizlənib.

DİGƏR XƏBƏRLƏR

Top