
“Gələn həftə Qəzza ilə bağlı razılaşma ola bilər”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp təyyarəsində jurnalistlərə deyib.
Tramp qeyd edib ki, o, belə bir sazişin bağlanma ehtimalına çox optimistdir.
Amerika lideri HƏMAS hərəkatının Qəzza ilə bağlı son təklifə müsbət cavab verməsini yaxşı xəbər adlandırıb:
“Bu, yaxşıdır. Mənə hələ bu barədə məlumat verilməyib. Biz buna son verməliyik. Qəzza ilə bağlı nəsə etməliyik”.
Qeyd edək ki, cümə günü HƏMAS Qəzza ilə bağlı aldığı təklifə vasitəçilərə müsbət cavab verdiyini və onu həyata keçirmək üçün dərhal danışıqlara başlamağa hazır olduğunu açıqlayıb.