UEFA “Çelsi”ni 31 milyon avro cərimələdi


Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Klubların Fəaliyyətinə Maliyyə Nəzarəti Komitəsinin (FCCB) birinci palatası İngiltərənin “Çelsi” klubunu maliyyə feyr-pley qaydalarını pozduğuna görə 31 milyon avro cərimələyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə palatanın mətbuat xidməti məlumat yayıb.
Bundan əlavə, klub 3 dövrə bölünəcək 60 milyon avro məbləğində şərti ümumi cərimə alıb: 2025, 2026 və 2027. Əgər klub bu hədəf göstəriciləri keçərsə, klub 20 milyon avro ödəməli olacaq.
UEFA palatası həmçinin İspaniyanın “Barselona” klubunu 15 milyon avro (şərti olaraq 45 milyon avro) cərimələyib.
İyunun 24-də maliyyə hesabatlarının pozulmasına görə ölkə çempionatının ikinci ən güclü divizionuna göndərilən İngiltərənin “Aston Villa” (11 milyon avro), Xorvatiyanın “Hayduk” (0,3 milyon avro) və Fransanın “Lion” klubları da (12,5 milyon avro) cərimələnib.

DİGƏR XƏBƏRLƏR

Top