Koronavirusun təhlükəli ştammı yayılır


Böyük Britaniyada COVID-19-un yeni “Stratus” adlanan yeni ştammı sürətlə yayılmağa başlayıb.
Yeniavaz.com
“İndependent” nəşrinə istinadla xəbər verir ki, Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi də yeni ştammın yayıldığını təsdiqləyib.
“Stratus” ştammı XFG.3 və XFG virusları olmaqla iki növə ayrılır. Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin məlumatına görə, XFG.3 hazırda ən geniş yayılan variant hesab edilir.
XFG ştammı “Omicron” ştammının nəslindəndir.
Tədqiqatçılar xəbərdarlıq edirlər ki, “Stratus” əvvəlki COVID-19 variantlarından daha yoluxucu ola bilər. Çünki virusun mutasiyaları ona immunitet müdafiəsindən yayınmaq üçün yol tapmağa kömək edir.

DİGƏR XƏBƏRLƏR

Top