
İyulun 7-də saat 10:00-dan etibarən Oğuz rayonunun iki kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, Oğuz xidmət sahəsinin ərazisində yerləşən Bucaq və Muxas kəndlərini qazla təmin edən d-159 mm diametrli qaz xəttində ölçü qovşağının quraşdırılması ilə bağlı işlər aparılacaq. Odur ki, işlər başa çatana qədər kəndlərdə ümumilikdə 630 abonentin qazı kəsiləcək.
Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.