
İyulun 7-dən Bakı-Xankəndi-Laçın istiqamətində növbəti müntəzəm avtobus reysini istifadəyə veriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, avtobuslar hər gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 11:00-da hərəkət edəcək.
Reys üzrə aralıq məntəqə olaraq Xocalı, Xankəndi və Şuşa şəhərləri təyin edilib.
Avtobuslar Laçın şəhərindən saat 09:00, Şuşa şəhərindən saat 10:00, Xankəndi şəhərindən saat 10:30, Xocalı rayonundan isə saat 11:00-da yola düşəcək.
Bakı-Laçın və əks istiqamətdə biletin qiyməti 16.1 manat, Bakı-Şuşa və əks istiqamətdə 14.8 manat, Bakı-Xankəndi və əks istiqamətində 14.2 manat, Bakı-Xocalı və əks istiqamətində isə 13.9 manat təşkil edəcək.
Biletləri yalnız "biletim.az" portalı üzərindən onlayn qaydada əldə etmək olacaq.
Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.