Brüs Linin muzeyi bağlandı


Honq Konqda amerikalı aktyor və döyüş ustası Brüs Liyə həsr olunmuş fan muzeyi bağlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə rəsmi Brüs Li fan klubu özünün “Facebook” səhifəsində məlumat verib.
Məlumata görə, muzeyin kolleksiyasında 2 min eksponat - heykəllər, jurnallar və nadir kadrlar var.
“Xərclər bizi Brüs Linin xatirəsini yaşatmaq üçün resurslarımızdan ən yaxşı şəkildə necə istifadə edəcəyimizi düşünməyə məcbur etdi”, - muzey rəsmiləri bildirib.
Muzeyin yenidən açılıb-açılmayacağı məlum deyil.
Qeyd edək ki, rəsmi fan klubunu Brüs Linin ailəsi təsis edib.
Xatıradaq ki, “Qəzəb yumruğu”nun ulduzu 1973-cü ilin iyulunda 32 yaşında vəfat edib. Onun eksponatlarından ibarət səyyar muzey ilk dəfə 2000-ci ildə Honq Konqda açılıb. Çoxillik fasilədən sonra muzey 2019-cu ildə yenidən fəaliyyətə başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top