Keçmiş UFC çempionu Makqreqor Ağ Evdəki döyüşdə iştirak etmək istəyir


Ultimate Fighting Championship (UFC) üzrə keçmiş İrlandiya çempionu Konor Makqreqor Ağ Evin meydanında baş tutacaq və ABŞ-nin Müstəqillik Gününə təsadüf edəcək döyüşdə iştirak etmək istəyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında yazıb.
“Donald Trampın Ağ Evdə UFC döyüşü elan etməsi məni həyəcanlandırdı. Bu mənim üçün böyük fəxr olardı. Məni qeyd edin!”, - o, yazıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ağ Evin ərazisində UFC döyüşünün keçiriləcəyini bildirib. Amerika lideri həmçinin döyüşün ABŞ-nin Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250-ci ildönümünə təsadüf edəcəyini bildirib. Ancaq o, döyüşün dəqiq nə vaxt baş verə biləcəyini və döyüşdə kimin iştirak edəcəyini açıqlamayıb. 
Digər tərəfdən, “NBC News” telekanalı xəbər verib ki, UFC döyüşün keçirilməsi planlarını təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top