Türkiyədə 65 meşə yanğını ilə bağlı 44 nəfər həbs edildi


“26 iyun - 4 iyul 2025-ci il tarixləri arasında 12 əyalətdə baş vermiş 65 meşə yanğını ilə əlaqədar 44 şübhəli saxlanılıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat yayıb.
“Onlardan 10-u həbs edilib, 6-sı məhkəmə nəzarəti ilə azadlığa buraxılıb. 13 şübhəli ifadə verib, saxlanılanlardan 15-i barəsində isə məhkəmə prosesləri davam etdirilir”, - nazir yazıb.
Nazirin verdiyi məlumata görə, ən böyük yanğınların baş verdiyi İzmir vilayətində baş verən yanğınların səbəbləri ilə bağlı aparılan araşdırmalar çərçivəsində iki yanğının qaynaq maşını və bucaq maşınından ehtiyatsız istifadə nəticəsində baş verdiyi müəyyən edilib. Digər yanğın da insan səhvi ucbatından baş verib. 15 nəfər saxlanılıb, onlardan 4-ü həbs edilib.
Balıkesir və İstanbul əyalətlərində də qaynaq aparatı yanğınlara səbəb olub. Manisa vilayətində yerli sakin arı pətəklərini odla məhv edib və bu da nəzarətsiz yanğına səbəb olub. Həmin şəxs həbs edilib. Ölkənin qərb bölgəsindəki Sakarya, Balıkesir, Kütahya və Uşak vilayətlərində əkinçilik texnikasından çıxan qığılcımlar yanğınlara səbəb olub, tarlalarda yanğın başlayıb, daha sonra alov meyvə bağlarına və meşə sahələrinə keçib. Kahramanmaraş vilayətində manqaldan çıxan qığılcımlar meşəni yandırıb. Bir sıra digər rayonlarda isə yanğınların səbəbkarı ağac kəsənlər olub.

DİGƏR XƏBƏRLƏR

Top