
Güləşçimiz Ruzanna Məmmədova İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatının qalibi olub.
Yeniavaz.com xəbər verir ki, 62 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz qızıl medal qazanıb.
O, finalda almaniyalı Leoni Steyqertə 4:3 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, ötən gün Günay Qurbanova, ondan öncəki gün isə Ayxan Cavadov Avropa çempionu olub.