Şəmkirdə göldə 3 uşaq batdı


Şəmkir rayonunda 3 nəfər göldə batıb.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, hadisə Şəmkirçayın Təzəkənd ərazisindən keçən hissəsində qeydə alınıb.
FHN-dən verilən məlumata görə, axtarışlar nəticəsində göldə batmış 2016-cı il təvəllüdlü Nadirli Fərdi Teymurxan oğlu, 2018-ci il təvəllüdlü Nadirli Rəvan Teymurxan oğlu və 2021-ci il təvəllüdlü Nadirli İsmayıl Nəriman oğlunun meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələrin nəzarətsiz qoyulmamasına, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə və çimərlik kimi nəzərdə tutulmayan kanal, arx, göl və digər su hövzələrindən istifadə olunmamasına çağırır.

DİGƏR XƏBƏRLƏR

Top