
Ötən gün, iyulun 3-də Ziya Bünyadov prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yolun bir hissəsində çökmə baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “İctimai TV” sözügedən ərazidən süjet hazırlayıb.
Bildirilib ki, yolda diametri təxminən 1 metr olan çökmə baş verib.
Həmçinin qeyd olunub ki, iyunun 26-da Cümşüd Cümşüdlünün ölümünə səbəb olan çökmə ilə bu yolun bir hissəsi eyni kanalizasiya xəttinə bağlıdır.
Xatırladaq ki, C. Cümşüdlü Nərimanov rayonu, Baksol yolu adlanan ərazidən keçərkən yolda çökmə baş verib və o, kanalizasiya xəttinə düşüb, bir neçə gün sonra meyiti tapılıb.
Daha ətraflı: