Putin və Trampın telefon danışığının təfərrüatları açıqlandı


Xəbər verdiyimiz kimi, ötən gün Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, liderlər arasındakı söhbət bir saata yaxın davam edib.
Tramp Putinlə söhbətində bir daha Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılması məsələsini gündəmə gətirib.
Putin isə Rusiyanın Ukrayna ilə danışıqlar prosesini davam etdirməyə hazır olduğunu qeyd edib. Eyni zamanda, o, Moskvanın Ukrayna böhranının köklü səbəblərini aradan qaldırmağa çalışacağını və məqsədlərindən geri çəkilməyəcəyini vurğulayıb.
Söhbətdə ABŞ-nin Ukraynaya silah tədarükünün dayandırılması mövzusu qaldırılmayıb. İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun konkret tarixləri də müzakirə olunmayıb. Həmçinin danışıqların Rusiya və Kiyev arasında ikitərəfli olaraq qalacağı vurğulanıb.
İki ölkə lideri İran ətrafındakı və ümumilikdə Yaxın Şərqdəki vəziyyəti ətraflı müzakirə ediblər. Prezidentlər digər məsələlərlə yanaşı, Suriya məsələsini də müzakirə ediblər və dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Söhbət zamanı Putin və Tramp Rusiya və ABŞ arasında ənənəvi dəyərləri təbliğ edən filmlərin mübadiləsi imkanlarına diqqət yetiriblər. Kosmos və enerji sahəsində əməkdaşlıq da müzakirə olunub.
Putin və Tramp şəxsi görüşün mümkünlüyünü müzakirə etməyiblər, dialoqu davam etdirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, bu Rusiya və ABŞ prezidentləri arasında ilin əvvəlindən sayca altıncı söhbətdir.

DİGƏR XƏBƏRLƏR

Top