Bu yolu keçmək piyadalar üçün təhlükə yaradır-Video

Bakı-Şamaxı yolunun 113-115-ci kilometrliyi, daha dəqiqi Binəqədi rayonu ''Sulutəpə'' dairəsi yaxınlığında yolu keçmək piyadalar üçün təhlükə yaradır. Sakinlərin sözlərinə görə, yolda işıqlanma da olmadığından yağışlı havada yolu keçmək olduqca təhlükəlidir. Sözügedən yolda ən çox hərəkət edən iritutumlu yük avtomobillərini də nəzərə alsaq,vəziyyət daha da acnacaqlıdır. Ərazidə dayanmış taksi sürücülərinin sözlərinə görə, çox vaxt yaşlı insanları və uşaqları gecə vaxtı onlar keçirir. Çəkliş apardığımız müddətdə də şahidi olduq ki, gecə ''Sulutəpə'' dairəsi yaxınlığından yolu keçmək mümkün deyil. Yolun ''Sulutəpə'' dairəsi yaxınlığından ''Hökməli'' dairəsinə qədər ərazi, Binəqədi və Abşeron rayonlarına düşür. Sakinlərin istəyi aidiyatı qrumlardan ərazinin işıqla təmin edilməsidir. Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev isə “Xəzər Xəbər”ə bildirdi ki,əraziyə baxış keçiriləcək və problem aradan qaldırılacaq.

Piyada

DİGƏR XƏBƏRLƏR

Top