Konstitusiya Məhkəməsinə dörd yeni hakim təyin olundu


Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, layihəyə əsasən, Rəşid Rzayev, Otari Qvaladze, Fərhad Tutayuk və Rauf Quliyevin Konstitusiya Məhkəməsinin hakimləri təyin edilməsi təklif olunub.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Daha sonra yeni təyin olunmuş hakimləri Milli Məclisdə and içib.
Qeyd edək ki, Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclis tərəfindən təyin edilir. Konstitusiya Məhkəməsinin hakimi vəzifəyə təyin edildiyi gün Milli Məclisdə and içməlidir.

DİGƏR XƏBƏRLƏR

Top