
Suriyanın yeni hökuməti ölkənin gerbini dəyişdirmək qərarına gəlib: indi onun üzərində qanadları açılmış qartal və başının üstündə üç ulduz var.
Yeniavaz.com xəbər verir ki, yeni dövlət rəmzi Dəməşqdə “Əl-İxbariyyə” telekanalı tərəfindən yayımlanan təntənəli tədbirlər zamanı təqdim edilib.
Mərasimdə çıxış edən Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraanın sözlərinə görə, yenidən dizayn edilmiş qartal Suriya xalqının öz tarixində yeni mərhələyə keçidini əks etdirir, həmçinin suriyalılara xas olan gücü və qətiyyəti təcəssüm etdirir.
Qeyd edək ki, bundan əvvəl Suriyanın gerbi sinəsində qalxan, üzərində üç ulduz və yeni Suriya hökumətinin bayrağı olan qartal idi. Quş caynaqlarında üzərində “Suriya Ərəb Respublikası” yazılan lent tutmuşdu.