“Ağ Evdə UFC döyüşü keçirəcəyik” – Tramp


ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ağ Ev ərazisində UFC üzrə döyüş keçiriləcək.
Yenivaz.com
xəbər verir ki, o bu barədə Ayova ştatında 2026-cı ildə ABŞ-nin Müstəqillik Bəyannaməsinin qəbulunun 250 illiyinə həsr olunmuş çıxışı zamanı danışıb.
Tramp bildirib ki, bu yubiley münasibətilə təşkil olunacaq bayram tədbirləri ölkənin hər yerində baş tutacaq:
“Hətta düşünürəm ki, biz UFC döyüşü keçirəcəyik, sadəcə bir təsəvvür edin, Ağ Ev ərazisində. Orada çox böyük ərazi var”, – deyə Tramp vurğulayıb.
Onun sözlərinə görə, söhbət tammiqyaslı titul döyüşündən gedir və bu tədbirdə 20-25 min nəfər tamaşaçının iştirakı gözlənilir.
Tramp döyüşün dəqiq tarixi və hansılar döyüşçülərin iştirak edəcəyi barədə açıqlama verməyib. Ağ Ev jurnalistlərinin verdiyi məlumata görə, ABŞ administrasiyasının mətbuat katibi Kerolayn Livitt bildirib ki, Tramp bu fikrində tamamilə ciddidir.

DİGƏR XƏBƏRLƏR

Top