Daha bir güləşçimiz Avropa çempionu oldu


Azərbaycanlı güləşçi Günay Qurbanova İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.
Yeniavaz.com
xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz finalda türkiyəli Sevim Akbaşla qarşılaşıb.
Rəqibini 9:1 hesabı ilə məğlub edən Qurbanova Avropa çempionu olub.
Xatırladaq ki, ötən gün 60 kq çəki dərəcəsində çıxış edən güləşçimiz Ayxan Cavadov da Avropa çempionu adını qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top