
İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində 100-dən çox fələstinli həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
“Son 24 saat ərzində Qəzzada 118 cəsəd xəstəxanalara çatdırılıb, daha 581 fələstinli isə yaralanıb”, - nazirliyin bəyanatında deyilir.
Fələstinli həkimlərin sözlərinə görə, 2023-cü ilin oktyabrından Qəzza zolağında qurbanların ümumi sayı 57 130 nəfərə, yaralıların sayı isə 135 173 nəfərə çatıb.