“Uitkoff Əraqçi ilə görüşməyi planlayır” – “Axios”


“ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Norveçin paytaxtı Osloda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşməyi planlaşdırır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios portalı” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, görüş gələn həftə baş tutacaq və məqsədi Tehranın nüvə proqramı ilə bağlı danışıqları bərpa etmək olacaq.
Ağ Ev sözçüsü portala bildirib ki, hazırda səyahət elanları yoxdur.
Mənbələr həmçinin bildiriblər ki, Uitkoff və Əraqçi iyunda İsrail və İran arasında 12 günlük silahlı münaqişə zamanı və ondan sonra birbaşa əlaqə saxlayıblar.
Bundan əvvəl İsrailin N12 telekanalı Vaşinqtonun gələn həftə Osloda İranın nüvə proqramı ilə bağlı danışıqları bərpa etmək üçün Tehranla əlaqə saxladığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top