
“Bitcoin”in qiyməti ticarət zamanı 11 iyun 2025-ci ildən bəri ilk dəfə olaraq 110 min dolları keçib.
Yeniavaz.com xəbər verir ki, bunu “Binance” platformasının məlumatları göstərir.
Belə ki, Bakı vaxtı ilə saat 13:42-də “Bitcoin” 2,35% bahalaşaraq 110 090 dollar olub.
Daha sonra saat 13:02-də bitkoin artımını ləngidib və 109 851 min dollar (+2,04%) səviyyəsində olub.