Emin Ağalarov Rusiyadakı konsertini təxirə saldı?


Azərbaycanın Xalq artisti Emin Ağalarovun iyulun 6-da Rusiyada baş tutacaq konserti təxirə salınıb.
Yeniavaz.com
xəbər verir ki, bunu müğənni barədə məlumatlar yayan İnstaqram səhifəsi (“Emin_live”) elan edib.
“Svetloqorskda keçirilməsi planlaşdırılan konsertin təxirə salındığını bildirmək məcburiyyətindəyik. Yeni tarix – 5 iyul 2026-cı il. Biletlər qüvvədə qalacaq, zərurət olduqda onları alındığı məntəqələrdə qaytarmaq mümkündür”, - məlumatda deyilir.

Emin Ağalarovun rəsmi sosial şəbəkə hesablarında bu barədə hər hansı məlumat dərc olunmayıb.
Qeyd edək ki, ötən gün Rusiyada Emin Ağalarovun atası, milyarder Araz Ağalarov barəsində məhkəmə icraatına başlanılması xəbəri yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top