Rusiyadan çıxa bilmək üçün terror aktı törətməyə cəhd etdi – Video


Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Sankt-Peterburqda terror aktı hazırlayan 23 yaşlı rusiyalı qızı saxlayıblar.
Yeniavaz.com
TASS agentliyinə istinadla xəbər verir ki, 2002-ci il təvəllüdlü Rusiya vətəndaşının saxlanılmasına səbəb FTX-nin Ukrayna xüsusi xidmət orqanlarının sifarişi ilə Sankt-Peterburqda terror aktı hazırladığını müəyyən etməsi olub.
FTX xəbər verir ki, qız evin həyətində avtomobilin altına partlayıcı qurğu yerləşdirərkən saxlanılıb.
FTX-nin məlumatına görə, 2024-cü ilin iyununda qız “Telegram” və “WhatsApp” messencerləri vasitəsilə aktiv şəkildə Ukrayna xüsusi xidmət orqanlarının nümayəndəsi ilə əlaqə yaradıb və Rusiyanı tərk etmək, Aİ ölkələrindən birinə getmək, həmçinin, vətəndaşlıq almaqda kömək göstəmək müqabilində təxribat və terror fəaliyyətlərində iştirak etməyə hazır olduğunu bildirib.
Tapşırığa əsasən, o, Moskva vilayətində ictimai yerlərdə Ukraynayönlü yazılar yazıb və dəmir yolu infrastrukturu obyektini yandırmağa cəhd edib.
2025-ci ilin aprelində qız Sankt-Peterburqa gedib və burada müdafiə müəssisələrindən birinin əməkdaşının avtomobilini əldəqayırma partlayıcı qurğudan istifadə edərək partlatmaq məqsədi ilə müşahidə aparıb.
FTX-nin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə İstintaq Xidməti Cinayət Məcəlləsinin terror aktına cəhd və partlayıcı maddələrin və ya partlayıcı qurğuların qanunsuz əldə edilməsi və saxlanılması maddələri ilə cinayət işi açıb.
Onun barəsində həbs qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top