Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edildi


Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi məlumat yayıb.
Bildirilib ki, iyulun 3-ü günün ikinci yarısından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi iyulun 6-sı gündüz saatlarına kimi davam edəcək.
“Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s- dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 3.0-4.0 m, sonrakı inkişafda isə 4.0-5.0 m. çatacağı proqnozlaşdırılır”, - məlumatda qeyd olunur.

DİGƏR XƏBƏRLƏR

Top