“Əl-Hilal” hər bir futbolçuya “Siti” qələbəsinə görə 2 milyon verdi


Klublararası dünya çempionatının 1/8 finalında “Mançester Siti”yə qalib gələn (4:3) “Əl-Hilal”ın futbolçuları 2 milyon Səudiyyə riyalı (təxminən 450 min avro) mükafat alıblar.
Yeniavaz.com
“Globo Esporte” nəşrinə istinadla xəbər verir ki, mükafatı “Əl-Hilal”ın prezidenti Fəhad bin Nafel matçdan sonra soyunub-geyinmə otağında elan edib.
Məşqçilər korpusu da kənarda qalmayıb - ümumilikdə 26 futbolçu və 6 mütəxəssis 64 milyon riyal (təxminən 15 milyon avro) alıb.
Qeyd edək ki, Səudiyyə klubu 1/4 finalda Milanın “İnter”ini turnirdən kənarlaşdıran (2:0) Braziliyanın “Fluminense” klubu ilə qarşılaşacaq.
Oyun iyulun 4-də Orlandoda baş tutacaq.
Xatırladaq ki, iyunun 14-dən iyulun 13-dək ABŞ-də Klublararası Dünya Çempionatı keçirilir. Turnirdə 32 komanda iştirak edir.

DİGƏR XƏBƏRLƏR

Top