Koreya prezidenti Şimal və Cənubun birləşə biləcəyini deyib


Cənubi Koreya Respublikasının prezidenti Li Cae Myon bəyan edib ki, ölkə sülh yolu ilə birləşməyə can atmalıdır və əgər milli birliyi qoruyub saxlasalar, Cənub və Şimal yüzlərlə il sonra belə birləşə bilərlər.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə keçirdiyi mətbuat konfransı zamanı danışıb.
“Axı bizim konstitusiyamızda yazılıb: biz sülh yolu ilə birləşməyə çalışırıq, qələbə qazanmağa yox. Kim istərdi məğlub olmağı?” – deyə prezident bildirib.
Onun sözlərinə görə, qələbə çalmaq cəhdi böyük itkilərə gətirib çıxara bilər:
“İmkan daxilində bir-birinin mövcudluğunu qəbul etmək və qarşılıqlı faydalı yolla irəliləmək lazımdır. 1953-cü il müharibəsindən 80 il keçib. Tarix nöqteyi-nəzərindən bu, çox deyil. Çünki biz bir neçə yüz ildən sonra belə birləşə bilərik, əgər tədricən vahidliyi bərpa etsək”.
Li Cae Myon etiraf edib ki, Şimali Koreyanın sərhəddəki təbliğat yayımının dayandırılmasına reaksiyası onun gözləntilərini üstələyib. Cənubi Koreya lideri səsgücləndiricilərin fəaliyyətinin dayandırılmasına göstəriş verdikdən sonra, Şimali Koreya da öz qurğularından yayımlanan səs-küyü dayandırıb.
“Reaksiya çox tez və gözləniləndən artıq oldu”, – deyə prezident vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top