Türkiyədə şəxsi təyyarə qəzaya düşdü – Axtarışlar gedir


Türkiyənin Bayburt-Ərzurum sərhədində şəxsi təyyarə qəzaya uğrayıb.
Yeniavaz.com
“TRT Haber”ə istinadən xəbər verir ki, təyyarənin yerini müəyyənləşdirmək üçün işlər davam etdirilir.
Bayburt valisi Mustafa Eldivan xilasetmə və tibb qruplarının səfərbər edildiyini bildirib:
“Hazırda axtarış-xilasetmə işlərimiz yerin müəyyən edilməsi ilə birlikdə davam edir. Dəqiq olan odur ki, təyyarə qəzaya uğrayıb və 2 yaralı var. Xəsarət alan qadınla danışdım. Onları xilas edəcəyimizlə bağlı söz verdim. Ümid edirəm ki, axşamacan onları sağ-salamat xilas edəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top