
Münsiflər heyəti reper Pi Diddinin (Şon Kombs) məhkəməsində qərarını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, “The New York Times” bu barədə məlumat yayıb.
Bildirilib ki, o, ən ağır ittihamlardan bəraət alıb.
Kombs cinsi istismar məqsədi ilə insan alverinin hər iki maddəsi üzrə, eləcə də cinayət təşkilatı təşkil etməkdə təqsirli bilinməyib.
Eyni zamanda, reper insanları prostitusiyaya cəlb etmək məqsədilə daşınmasında iki epizod üzrə təqsirli bilinib.
Qeyd edilib ki, konkret cəzanı hakim müəyyən edəcək və hər bir ittiham üçün maksimum 10 il həbs cəzası veriləcək.
Əgər Pi Diddi insan alverində təqsirli bilinsəydi, o, hər bir ittihama görə minimum 15 il cəza alacaqdı. Cinayət təşkilatı təşkil etdiyinə görə onu ömürlük həbs cəzası gözləyirdi.