Bakıdakı qəzalı binalarla bağlı Komissiya yaradıldı


Bakının estetik görkəminə xələl gətirən, qəzalı vəziyyətdə olan və istismar müddətini bitirmiş yaşayış binaları ilə bağlı xüsusi Komissiya yaradılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirə zamanı qərar qəbul edilib.
“Bakının müxtəlif ərazilərində uzun illər əvvəl tikilən və müasir standartlara uyğun olmayan binaların hələ də mövcud olması nəzərə alınaraq Komissiyaya tapşırıq verilib ki, bununla bağlı məsələ tam araşdırılsın, xüsusi riskli zonalar müəyyən edilsin və bu problemin həlli yolları aidiyyəti qurumlarla birlikdə öyrənilsin”, - qurumun məlumatında deyilir.
Qeyd edilib ki, Bakıda mənzil fondu tam olaraq beynəlxalq standartlara uyğun səviyyəyə gətirilməlidir. Həmçinin müşavirədə paytaxtdakı piyada zonalarının genişləndirilməsi və yeni ərazilərdə belə zonaların yaradılması müzakirə olunub.

DİGƏR XƏBƏRLƏR

Top