İranın AEBA ilə əməkdaşlığını dayandıran qanun qüvvəyə mindi


İran Prezidenti Məsud Pezeşkian Tehranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında əməkdaşlığı dayandıran qanunu imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Məlumata görə, sənəd prezident tərəfindən imzalandığı andan qanun qüvvəyə minmiş hesab olunur və bu qanunun icrası məcburidir.
Qeyd edək ki, iyunun 25-də İran parlamenti İranın AEBA ilə əməkdaşlığını dayandıran qanun layihəsini təsdiq edib. İyunun 26-da isə İranın Konstitusiyanın Keşikçiləri Şurası qanun layihəsinə razılıq verib.

DİGƏR XƏBƏRLƏR

Top