
ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.
Yeniavaz.com xəbr verir ki, o, bu barədə iyulun 1-də “Truth Social” sosial şəbəkə hesabında yazıb.
Trampın sözlərinə görə, Ağ Ev nümayəndələri Qəzza zolağında İsrail rəhbərliyi ilə “uzun və məhsuldar” görüş keçiriblər.
“İsrail 60 günlük atəşkəs üçün lazımi şərtlərlə razılaşdı. Bu müddət ərzində biz münaqişəyə son qoymaq üçün bütün tərəflərlə işləyəcəyik”, - Amerika lideri bildirib.
Tram həmçinin Qətər və Misirin Fələstinin HƏMAS hərəkatının nümayəndələrinə münaqişənin həlli üçün “yekun təklifi” təqdim edəcəklərini qeyd edib.
Eyni zamanda, Tramp Fələstinin radikal HƏMAS hərəkatının sazişlə razılaşacağına ümid etdiyini bildirib:
“Çünki onlar təklifi qəbul etməkdən imtina etsələr, vəziyyət yaxşılaşmayacaq – daha da pisləşəcək”.